Bakı. Trend:
“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko YankoviçMonteneqro millisinə dəvət alıblar.
Trend İdman.biz-əistinadən xəbər verir ki, onlar Azərbaycan millisinin sabiq başməşqçisi Robert Prosineçkinin 25 nəfərlik heyətinə düşüblər.
Monteneqro millisi mayın 31-də bir araya gələcək. Prosineçkininyetirmələri iyun ayında 2 yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, “Qarabağ”ın futbolçularının heyətində yer aldığıyığma hər 2 matçda AVRO-2024-ün iştirakçıları ilə üz-üzə gələcək.İyunun 5-də rəqib Belçika, 9-da isə Gürcüstan olacaq.