EN

"Qəbələ"də ayrılıq

Misli Premyer Liqasını tərk edən “Qəbələ”də yarpaq tökümü başlayıb.

Artıq klubdan ayrılan futbolçulardan biri bəlli olub.

Əyyub Allaş bölgə təmsilçisi ilə vidalaşıb. 26 yaşlı belçikalı yarımmüdafiəçi bunu öz instaqram hesabında açıqlayıb: “Qəbələ”də keçirdiyim mövsümyarım üçün hər kəsə təşəkkür edirəm. Məni və komandanı dəstəkləyənlərə minnətdaram. Komandanın personalı, məşqçilər, azarkeşlər və üzdə olmayıb çalışanları da nəzərdə tuturam. Mən həmişə var qüvvəmlə çalışmışam, oyunlar və məşqlərdə bütün gücümü qoymuşam. Hər kəsə uğurlar arzulayıram”.

Qeyd edək ki, Allaş Premyer Liqada keçirdiyi 46 matçda 8 qol vurub.

Chosen
122
cbcsport.az

1Sources