EN

Azərbaycanda taksi sürücüsü: "Məcburam, özümə başqa bir iş tapım"

Məqalə barədə məlumatMüəllif, İzolda AğayevaVəzifə, BBC News Azərbaycanca

Nazirlər Kabineti ölkədə taksi xidməti ilə bağlı qərar verib. Bu qərar sürücülərin narazılığına səbəb olub. Taksilərlə bağlı yeni tələblər taksi bazarına necə təsir edəcək? 10 suala cavabda

1. Nazirlər Kabinetinin yeni qərarında nə var?

1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək

2. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin

3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.

4. Taksilərin salonunda videokameralar olmalıdır.

5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.

6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

2. Üç ay sonra nə olacaq?

15 yaşlı avtomobillər: İyulun 1-dən etibarən, istehsal ili 15-i keçən maşınlar taksi fəaliyyəti üçün yararsız hesab olunacaq. Başqa sözlə, avtomobilinizi indi qeydiyyatdan keçirsəniz, onu cəmi 3 ay - iyulun 1-nə qədər taksi kimi istifadə edə biləcəksiniz. Avtomobilinizin 14 yaşı varsa, ona cəmi 1 illik icazə ala biləcəksiniz. Və avtomobilinizin yaşı 15 ili tamamladıqdan sonra, o taksi kimi fəaliyyət göstərə bilməyəcək.

8 yaşlı avtomobillər: İyulun 1-dən sonra yaşı 8-dən az olan avtomobillərə taksi fəaliyyəti üçün icazə veriləcək və onlar 15 yaşları olanadək taksi kimi işlədilə biləcək. Həmin tarixdən yaşı 8-dən çox olan avtomobillərə taksi kimi fəaliyyət göstərmək üçün buraxılış kartı verilməyəcək. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir. 8 yaşdan çox olanlara verilərsə, bu 15 illik son tarixi keçmiş olar.

taksi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
255
bbc.com

1Sources