EN

Ölən atası ilə danışmaq üçün falçıya gedən bələdiyyə sədrinə ŞOK

Fransanın cənubunda, Aralıq dənizi sahilində yerləşən Ağde şəhəri inanılmaz hadisə baş verib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şəhərdə kifayət qədər məşhur olan falçı Sophia Martinez bələdiyyə sədrini aldatmaqda, bələdiyyə sədri isə dövlət resurslarını israf etməkdə korrupsiyada ittiham olunub. Hazırda hər iki şəxsin istintaq çərçivəsində həbsdə olduğu bildirilib.  Beləki, illər ərzində falçı Martinez ölülərlə danışa bildiyinizi deyərək şöhrət qazanıb. Bələdiyyə sədri ondan mərhum atası ilə danışmasını xahiş edib. Martinezin seansları zamanı onun səsi qəfil dəyişib və merin atasının tonunu alıb. İddialara görə, falçı son dörd ildə qeyri-adi bacarığı ilə meri şəxsən və telefonla manipulyasiya edib. Falçı eyni mühitdə kukla sənətini icra edərək teatr təqdimatına əsaslanan bir oyun qurub. O, ağzını tərpətmədən qarnından danışaraq kuklanı canlandırıb. Bələdiyyə sədrinə ölülərin, o cümlədən mələklərin "səslərindən" minlərlə sirli telefon zəngləri gəlib, onlardan bəziləri bələdiyyə başçısını falçıya kömək etməyə çağırıb. İddiaya görə, bələdiyyə başçısı Martinez və ailəsi üçün, o cümlədən Polineziya və Taylanda dəbdəbəli tətillərə dövlət hesabınadan pul ödəyib. İddialara görə, “səslər” bələdiyyə sədrini falçının ailəsindən bir neçə nəfəri bələdiyyəyə işə götürməyə, evini təmir etdirməyə də razı salıb. Bələdiyyə başçısı ilə əlaqəsi olan yerli müəssisələr bələdiyyə sədri ilə gələcək müqavilələrini itirmək qorxusundan işi pulsuz yerinə yetiriblər. Əfsanə Rəcəb

Manşet.az

Chosen
51
3
manset.az

4Sources