Bayram günü paytaxtda əsasən yağmursuz olacaq, havanın temperaturu artacaq.
Ednews xəbər verir ki, Bakıda və Abşeronda gecə 13-18°, gündüz 23-28° isti proqnozlaşdırılır.
Əksər bölgələrdə də yağıntısız olacaq, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan, şimşək, dolu ehtimalı var.
Rayonlarda gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti proqnozlaşdırılır.
Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.