"Hatayspor"un futbolçusu Renat Dadaşov Türkiyə təmsilçisindən ayrılıb.
QOL.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin üzvü sosial şəbəkə hesabında yazıb. "Hər şey üçün təşəkkür edirəm, Hatay!", - deyə o bildirib.
Qeyd edək ki, "Qrasshoper"in futbolçusu R.Dadaşov 2023-cü ildə icarə əsasında "Hatayspor"a keçmişdi. O, 2023/2024 mövsümündə Superliqada meydana çıxdığı 31 matçda 6 qol vurmuşdu.
Xatırladaq ki, 25 yaşlı hücumçunun "Qrasshoper"lə 2025-ci ilin iyununa kimi müqaviləsi var.
Bizi Facebookda izləyin