EN

Rusiya Ermənistanda körpü tikir - VİDEO

Ermənistan  Avropanın göstərişi ilə nə qədər Rusiyadan qurtulmağa çalışsa da, Rusiya Ermənistanın yaxasından əl çəkmək fikrində deyil. 

Adalet.az xəbər verir ki, Ermənistanın Lori və Tavuş marzlarında daşqınlar nəticəsində zədələnmiş dəmir yolunun tikintisi ilə bağlı Rusiya ilə razılıq əldə olunub.

Bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib:“Rusiyalı tərəfdaşlarla dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub”, - Paşinyan bildirib.

 Daha dəqiq, zədələnmiş və yararsız hala düşmüş körpülərin yenidən tikilməsini Rusiya öz üzərinə götürüb.


Bundan əvvəl  Ermənistan hökumətinin iclasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirmişdi ki, dəmir yolunun müxtəlif hissələrində dəyən ziyan təxminən 2 kilometrə çatır.

 Əntiqə Rəşid

Chosen
172
50
adalet.az

10Sources