EN

Ən çox saxtalaşdırılan avtohissələr: Bilsəniz, sükan əlinizdən qaçacaq

Əyləc yastıqcıqları, işıq lampaları, şamlar, amortizatorlar, mühərrik hissələri ən çox saxtalaşdırılan ehtiyat hissələri və istehlak materialları sırasındadır.

Publika.az xəbər verir ki, bu barədə adının gizli saxlanılmasını istəyən avtomobil mağazaları şəbəkəsinin sahibi "Njcar.ru" portalına deyib.

Sahibkar bildirib ki, saxtalaşdırılanlar bununla bitmir, siyahını uzatmaq olar.

Qeyd olunur ki, əvvəllər saxta avtomobil hissələrinin əsas hissəsi Çində istehsal olunurdu. Ancaq indi bunu Rusiya qaraj emalatxanalarında fəal şəkildə edirlər. Məsələn, köhnə markalı motor yağı qablarını alırlar, sonra isə bahalı marka adı altında satılan şübhəli maye ilə doldururlar.

Chosen
197
2
publika.az

10Sources