EN

Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu


İdmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.

Faktmedia-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Bir dənə Kamilə görə mənə 8 il iş verdiniz. Belə ədalət olmaz”, - E.Ağayev hökmə münasibət bildirərkən deyib.

Qeyd edək ki, E.Ağayev zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.

Chosen
49
45
faktmedia.az

10Sources