EN

XİN qarşısındakı aksiya nəticəsiz dayandırıldı – İrəvanda son durum (FOTO)

Vətən adına Tavuş” revanşist hərəkatının XİN binasının qarşısındakı aksiyasını bitirib.

Minval.info yazır ki, etirazçılar XİN binası önündən meydana qayıdır. Onların etirazının heç bir nəticəsi olmayıb. Belə ki, əvvəlcə revanşist hərəkatının lideri keşiş Baqrat Qalstanyan və onun tərəfdarları Ermənistanın XİN naziri Ararat Mirzoyanın onların qarşısına çıxıb Azərbaycan və Türkiyə liderlərinin son bəyanatlarına cavab verməyi tələb ediblər. Lakin XİN rəhbərliyindən heç kim onların qarşısına çıxmayıb, tələblərini ciddiyə almayıb.

Bir müddət sonra polis və etirazçılar arasında XİN binasının qarşısında toqquşma başlayıb. Təhlükəsizlik qüvvələri 16 aktivisti saxlayıblar.

Paşa Sadıqlı
Minval.info

Chosen
58
minval.info

1Sources