EN

Maaşlar və müavinətlər bu tarixdən artacaq

“Son bir ildə davamlı olaraq həm dünya ölkələrində, həm də Azərbaycanda inflyasiya tempinin aşağı düşməsi müşahidə edilir. Amma ərzaq bazarında hələ də ucuzlaşma müşahidə olunmur. Hesab edirəm ki, hazırkı vəziyyət minimum əmək haqqının artırılmasını şərtləndirir”.  Metbuat.az-ın məlumatına görə, bu fikirləri iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, 2024-cü il üçün əmək haqqı və digər müavinətlərin artırılması gözlənilmir: 

“Ümumiyyətlə, növbəti aylarda rəqəmlərlə ifadə olunan ciddi qiymət artımı olacağını düşünmürəm. Böyük ehtimalla 2025-ci ilin əvvəlində bu məsələ yenidən hökümətin gündəminə gələcək.Hökümət minimumları qaldıranda, bu, özəl sektora da təsir göstərəcək. 

Hazırda mövcud ehtiyac meyarı 270 manatdır. Biz bir nəfərin 2 nəfərə baxdığını nəzərə alarsaq, hesab edirəm ki, əmək haqqı məbləği təxminən 600 manat olmalıdır”. 

Chosen
120
17
olke.az

10Sources