Meyxanaçı Rüfət Nasosnu və Tekeaparıcı Elgiz Əkbər arasında qalmaqal yaşanıb.
Qlobal.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, onlar bayağı mahnılara görə mübahisə ediblər.
Belə ki, əvvəlcə Elgiz Əkbər izləyicilərin Rüfət Nasosnunun mahnılarının bayağı olduğunu bildirdiklərini deyib.
Rüfətsə bunun heç nəyi dəyişmədiyini bildirib: "Mənə xoşdur. Əsas odur ki, mahnıda hiss var. Nə fərqi var ki, bu nifrətdir, yoxsa sevgi. Əsas hissin olmasıdır".
Elgizinsə Rüfətə cavabı belə olub: "Mənə izləyicilər dedilər, mən də bildirdim. İndi sənə qulaq asacağıq, əgər mahnın bayağı olsa, səni yıxıb sürüyəcəm".