EN

Bakı və Abşeronda küləyin sürəti 27 m/s çatıb

İyunun 1-i saat 20:00-a olan məlumata əsasən öncədən  xəbər verilən narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s,Naftalanda 22 m/s-dir. 

Bu barədə ETSN-dən "Operativ Media"ya bildirilib.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda narıncı, ayrı-ayrı yerlərdə  isə  sarı xəbərdarlıq verilib. Sarı  xəbərdarlığa uyğun Goranboyda  isə küləyin sürəti 19 m/s təşkil edir. 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 02-si günün ikinci yarısınadək davam edəcək.

Chosen
97
1
operativmedia.az

10Sources