Bakı. Trend:
İyunun 1-i saat 20:00-a olan məlumata əsasən, öncədən xəbərverilən narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeronyarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s,Naftalanda 22 m/s-dir.
Bu barədə Trend-əMilli Hidrometeorologiya Xidmətindən bildirilib.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti tərəfindənəvvəlcədən Bakıda və Abşeron yarımadasında və bəzi rayonlardanarıncı, ayrı-ayrı yerlərdə isə sarı xəbərdarlıq verilib. Sarıxəbərdarlığa uyğun Goranboyda isə küləyin sürəti 19 m/s təşkiledir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 2-sigünün ikinci yarısınadək davam edəcək.