EN

Yığmamız Avropa çempionatına qələbə ilə start verib

Bosniya və Herseqovinada minifutbol üzrə Avropa çempionatına start verilib.

Azərbaycan millisi yarışda ilk oyununu bu gün Belçikaya qarşı keçirib.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayıb. Yığmamız ilk turda inamlı qələbə qazanıb. Komandamız rəqib qapısından 3 cavabsız top keçirib. Millinin heyətində Vüsal İsayev (2 dəfə) və Samir Həmzəyev fərqləniblər.

F qrupun digər matçında isə Fransa İtaliya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Elşad Quliyevin komandası iyunun 3-də İtaliya, ertəsi gün Fransa yığması ilə qarşılaşacaq.

Avropa çempionatı
F qrupu
13:00 Azərbaycan – Belçika - 3:0
Qollar:
Vüsal İsayev, 25+1; 35. Samir Həmzəyev, 39

Chosen
169
2
cbcsport.az

3Sources