Rupert Merdok 1979-cu ildə “Voll Strit Jurnal”, “Tayms”, “San” və Nyu York Post” qəzetlərinin daxil olduğu “Xəbərlər Korporasiyası” (News Corporation) media holdinqini təsis edib. Bundan əlavə, milyarder “Foks Nyus” televiziya şirkətinə, habelə bir sıra peyk operatorlarına və “Dow Jones” xəbər agentliyinə sahibdir. 2023-cü ilin sentyabrında media Merdokun “Fox and Nyus” korporasiyalarının idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini bildirdi. Onun yerinə oğlu Laklan Merdok keçib.