EN

HadisəBakı metrosunda faciəvi şəkildə həlak olan şəxs nazirliyin sabiq əməkdaşı olub - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

Bakı metrosunun "28 May" stansiyasında qatar yoluna düşərək həlak olan sərnişin nazirliyin sabiq əməkdaşı olub.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb və bir neçə ildir ki, təqaüdə çıxıb.

Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***17:00

Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktını araşdırır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”, - prokurorluqdan bildirib.

Far.Az

Chosen
102
19
far.az

10Sources