EN

Azərbaycan millisi İtaliyaya qarşı

Bu gün Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.

Komanda İtaliya millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün turnirdəki ilk matçında Belçikaya 3:0 hesabı ilə qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3. Komandamız iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Chosen
134
30
cbcsport.az

10Sources