Minifutbol üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv İtaliya ilə üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə 19:00-da start veriləcək.
Qeyd edək ki, millimiz dünən qrupdakı ilk görüşündə Belçikaya 3:0 qalib gəlib.
Qrupun digər görüşündə isə İtaliya Fransaya 1:3 uduzub.