EN

Azərbaycan millisi İtaliyaya qalib gəldi

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki,İtaliya kollektivi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün turnirdəki ilk matçında Belçikaya 3:0 hesabı ilə qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3. Komanda iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Chosen
177
25
sia.az

10Sources