EN

“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırıb

“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), ölkə kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Chosen
161
49
mia.az

10Sources