Bakıda evdə çürüməyə məruz qalmış meyit tapılıb.
Hadisə iyunun 3-də saat bir radələrində Sabunçu qəsəbəsi, E.Mehtiyev küçəsindəki evdə qeydə alınıb.
1977-ci il təvəllüdlü Nəzrin Ağayevanın çürüməyə məruz qalmış meyiti aşkar edildikdən sonra aidiyyəti qurumlara məlumat verilib.
İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır./ "Qafqazinfo"