EN

Rusiya Paris Olimpiadasından əvvəl dezinformasiya fəaliyyətini artırıb - "Microsoft"

ABŞ-ın texnologiya şirkəti "Microsoft", Rusiyanın 2024-cü il Paris Olimpiadasından əvvəl Fransaya qarşı dezinformasiya fəaliyyətini artırdığını iddia edib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Microsoft"un Təhlükə Təhlili Mərkəzinin (MTAC) araşdırmasına görə, Rusiya mənşəli təsir qrupları Fransanın ev sahibliyi ilə paytaxt Parisdə keçiriləcək 2024-cü il Olimpiya Oyunları öncəsi dezinformasiya fəaliyyətlərini sürətləndirib. MTAC, "Storm-1679" və "Storm-1099" adlı Rusiya təsir qruplarının zərərli fəaliyyətlər həyata keçirmək üçün süni intellektlə əlaqəli taktikalardan istifadə etdiyini iddia edib. Bu təsir qruplarının Fransa prezidenti Emmanuel Makron və onun hökuməti Beynəlxalq Olimpiya Komitəsini (CIO) tənqid etdiyi və Paris Olimpiadası zamanı hücumların mümkünlüyü barədə dezinformasiya yaydığı iddia edilir. "Storm-1679" adlı qrup Olimpiadada iştirak nisbətinə təsir etmək üçün yalnış videolar və xəbərlər yayıb. Bu çərçivədə "Satılan olimpiya biletlərinin 24 faizi hücum təhlükəsi səbəbilə alıcılara qaytarıldı" ifadəsini işlətdiyi və bunu Fransa kanalının verdiyi məlumat kimi təqdim etdiyi iddia edilir. Qrupun “Olimpiya düşdü” adlı videoda amerikalı aktyor Tom Kruzun süni intellektlə yaradılan səsindən istifadə edərək BOK-u hədəfə aldığı da qeyd edilib. "Storm-1099"un 15 internet saytı vasitəsilə oxşar fəaliyyətlər həyata keçirdiyi və dezinformasiyaya əsaslanan fransız məzmununu xəbər məzmunu kimi təqdim etdiyi bildirilib. Ukrayna müharibəsi səbəbindən tətbiq edilən sanksiyalar çərçivəsində Rusiya 2024-cü il Paris Olimpiadasından kənarlaşdırılıb. Bildirilib ki, Rusiya idmançıları Olimpiadada yalnız neytral idmançı kimi iştirak edə bilər. 2024-cü il Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Qadir, Bizimyol.info

Chosen
252
bizimyol.info

1Sources