EN

XTQ komandanı vəzifəsinin icrası ona tapşırıldı

Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib.Məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub. Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.














Paylaş:

Chosen
170
37
regionxeberlericom.az

10Sources