EN

Naxçıvanda isti ilə bağlı - Xəbərdarlıq

İyunun 6-7-də Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir.

Sabah.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, gözlənilən yüksək temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Qeyd edilib ki, 8-9 iyun tarixlərində muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Chosen
120
49
sabah.az

10Sources