EN

Quterreş İsrailin bu hücumunu qınadı

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağındakı Nuseyrat qaçqın düşərgəsindəki məktəbə hücumunu pisləyib və təşkilatının obyektlərinin toxunulmazlığına işarə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Baş katib İsrailin Nuseyrat qaçqın düşərgəsindəki UNRWA (BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) məktəbinə hava hücumunu pisləyir", - Quterreşin ofisinin bəyanatında deyilir.

Qeyd edək ki, İsrail qüvvələri Qəzzanın mərkəzindəki Nuseyratda BMT məktəbinə zərbələr endirməsi nəticəsində 45 nəfər həlak olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
104
2
milli.az

2Sources