Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.
BiG.AZ-ın Musavat.com-a istinadən məlumatına görə, mayor Baxış Baxışlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun əmisi oğludur.
O, əslən Tərtər rayonundandır. Atası da Tərtər Rayon İcra Hakimiyyətinin məsləhətçisidir. Mərhum mayor nişanlı imiş.
Azərbaycan Universitetləri səhifəsinin yaydığı məlumata əsasən, B.Baxışlı Dövlət Sərhəd Xidmətinin Akademiyasında oxuyub. O, akademiyaya 600-dən çox bal toplayaraq daxil olubmuş.
BiG.Az