EN

Bakıda baş həkim qaynı tərəfindən döyüldü

Bakıda “Yaşam Tibb” Mərkəzinin baş həkimi, kardioloq, professor Ceyhun Hacıyev çalışdığı xəstəxananın qarşısında qaynı tərəfindən döyülüb.“Qaynarinfo”nun məlumatına görə, hadisə Fətəli Xan Xoyski küçəsi, 112 ünvanında baş verib.Olaya səbəb Ceyhun Hacıyevin mərhum həyat yoldaşı Zenfira Hacıyevanın adına rəsmiləşmiş Şamaxıdakı mənzil olub. Zenfira Hacıyevanın qardaşı Sahib bacısının vəfatından əvvəl onun adına 45 min manat kredit götürüb. Əvəzində Şamaxıdakı evi bacısının adına keçirib. Zenfira Hacıyevanın vəfatından sonra Ceyhun Hacıyev kreditdən xəbər tutub və evi qızı Leylanın adına rəsmiləşdirib.Bundan sonra Ceyhun Hacıyevlə qaynı arasında mübahisələr yaranıb və iş məhkəməyə kimi gedib çıxıb. Məhkəmə əmlakın Leyla Hacıyevaya məxsus olduğunu təsdiqləyib.Bundan narahat olan Sahib Ceyhun Hacıyevin baş həkim işlədiyi “Yaşam Tibb” Mərkəzinə gedib və onunla görüşmək istəyib. Baş həkim görüşmək istəmədiyi üçün Sahib onun işdən çıxmasını gözləyib. Ceyhun Hacıyev “Toyota Prado” markalı avtomobili ilə hərəkətdə olarkən Sahib qəfildən özünü maşının qarşısına atıb. Həkim avtomobildən düşüb ona yaxınlaşarkən Sahib təpik zərbələri endirib. Daha sonra isə yumruqla çənəsinə vurub. Hadisə yerinə gələn işçilər həkimi klinikaya aparıblar.Sahib polislər tərəfindən saxlanılıb, protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmədə baş həkim təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib.Məhkəmənin qərarı ilə 1960-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş Sahib Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 1000 manat miqdarında cərimə edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.Poliqon.info

Chosen
416
38
poliqon.az

10Sources