İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M. Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Göygöldə kişinin həyat yoldaşını boğaraq qətlə yetirməsinin bəzi təfərruatları məlum olub.
Şəmkir rayon sakini 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev və həyat yoldaşı 2002-ci il təvəllüdlü Münəvər Kərimovanın arasında qısqanclıq zəminində mübahisə yaranıb.
Mübahisədən sonra 32 yaşlı kişi özündən 10 yaş kiçik olan həyat yoldaşını boğaraq öldürüb.(APA)
Faktla bağlı araşdırma aparılır.