EN

Avropa çempionatının ən erkən qoluna imza atdı

Albaniya yığması Avropa çempionatları tarixində ən erkən qolun müəllifi olub.

Nedim Bayrami AVRO-2024-ün 23-cü saniyədə hesabı açıb.

B qrupunun ikinci matçında Albaniya və İtaliya yığmaları qarşılaşıb. Albanların futbolçusu Bayrami turnirin tarixinə düşüb. O, ilk hücumdaca hesabı açıb.

Bundan əvvəlki rekord Rusiya yığmasının üzvü Dmitri Kiriçenkoya məxsus olub. O, AVRO-2004-də Yunanıstanla matçın 68-ci saniyəsində fərqlənib.

Chosen
128
26
cbcsport.az

10Sources