EN

“Niyə camaat gedib öz ata-anasının məzarı ilə məşğul olmur, bu, alçaq hərəkətdir” - Şəbnəm Tapdıqdan ETİRAZ

Əməkdar artist, tanınmış müğənni Şəbnəm Tapdıq valideynlərinin məzarının baxımsız olması ilə bağlı söz-söhbətə son qoyub.
 
Moderator.az-a açıqlama verən sənətkar bunları bildirib.
 
“O mənim anamın, atamın məzarıdır. Məzarı həmişə İlyas müəllimin övladları təmizlətdirib. Onların başdaşlarını kim düzətdirib? Mən düzətdirmişəm də. Atamın sağlığında anamın baş daşını düzətdirdim, sonra da atamınkını hazırlatdırdım. Bu fotonu çəkib sosial şəbəkəyə yükləyən insan mənə zəng edib deyə bilmir ki, oranı ot basıb, get təmizlə?! Niyə mənim özümə demir, götürüb paylaşır? Onun etdiyi çox alçaq hərəkətdir. Arzu Qurbanov kimdirsə öz cılız olduğunu sübut etdi. Demək ki, onun məqsədi var imiş də. Belədə ki, otdur da, nə olsun?! Mən aqlay, bisetka, setka aldırıb kənara qoymuşam. Fikrim var idi ki, oranı başqa cür təmir etdirim. 1 həftə bundan əvvəl oranı təmizlətdirmişəm. Niyə camaat gedib öz ata-anasının məzarı ilə məşğul olmur?! Öz gözündə tiri görmür, başqasında çöp axtarır?! Oranı həmişə mən və bacı-qardaşlarım təmizlətdirir də. Bilmirəm ki, oranı təmizlətdirməliyəm?! Həmişə mən təmizlətdirirəm də. 1 ay qaldı, yağışlar yağdı, ot basdı. Ayıb olsun o şəxsə! Bunu yayan insanın özündə də problem var! Siz niyə gedib öz dərdinizi çəkmirsiz?! Ordan bir ədəd gül qabı da oğurlanıb”, - deyə sənətkar bildirib.
 
Chosen
131
50
moderator.az

10Sources