EN

TƏCİLİ!!! Pensiyalar bu qədər artacaq

  Hazırda 2024-cü ilin büdcə dürüstləşməsi ilə bağlı parlamentdə müzakirələr davam edir. Amma bəzi hallarda hansısa sosial ödənişlərin azaldılacağı ilə bağlı əsassız fikirlər yayılır. Heç bir halda burada sosial ödənişlərin azalmasından söhbət getmir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, işsizlikdən sığorta fondu və sığorta halları mövcuddur:

“Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öhdəliklər yerinə yetirilmədikdə dövlət büdcəsindən transfertlər edilir. 2024-cü ildə də büdcədən transfertlər olunub. İndi əməkhaqqları müəyyən qədər artırılıb. Orta aylıq əməkhaqqı 980-manatdan 990 manata yüksəlib. Bu artım da əlavə vəsaitin daxil olmasına səbəb olub”.

Millət vəkili bildirib ki, daxil olan əlavə vəsait 190 milyon manata yaxındır:

“Onun 160 milyon manatı transfertin bağlanmasına, 30 milyon manatın 25 milyonu pensiyaların artırılmasına əlavə kimi verilir. Qalıq 5 milyon manat isə daxili məsələlərin həllinə, ştat vahidi və digər işlər üçün nəzərdə tutulur. Konkret məsələ məhz bu cürdür. Ona görə də, hansısa sosial azalmalardan söhbət gedə bilməz”.

Vahid Əhmədova görə, 2024-cü ilin dövlət büdcəsi təsdiq edilərkən daha çox diqqət sosial sahəyə yönəlib:

“Bu ilin büdcəsində 15 milyard manata yaxın vəsait, təxminən büdcənin 43 faizi sosial sahə üçün nəzərdə tutulub. Burada pensiyaların, əməkhaqqının, müavinətlərin artımı, şəhid ailələri və qazilər üçün ödənişlər əksini tapıb. Hazırda millət vəkillərinin də ən çox səsləndirdiyi məsələ müharibə veteranlarına ödənilən 80 manatın artırılması ilə bağlıdır. Milli Məclisin komitə və plenar iclaslarında bu təklif səslənib”.  

Chosen
67
18
referans.az

10Sources