Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.
Adalet.az xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.
Matçda hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status kvo" bərpa olunub. Morten Yulmann adını tabloya yazdırıb.
Qeyd edək ki, qarşılaşmada UEFA nümayəndəsi kimi həmyerlimiz Könül Mehdiyeva təyinat alıb.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə ikinci hissə başlayıb.
Adalet.az xəbər verir ki, C qrupunun oyununda fasilədən sonra bərabərlik davam edir - 1:1.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
20:47
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə birinci hissə başa çatıb.
Adalet.az xəbər verir ki, C qrupunun oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
20:40
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə ikinci qol vurulub.
Adalet.az xəbər verir ki, C qrupunun oyununda danimarkalılar hesaba tarazlıq gətiriblər.
34-cü dəqiqədə Morten Yulmann fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
***20:27
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə hesab açılıb.
Adalet.az xəbər verir ki, C qrupunun oyununda ingilislər hesabda önə çıxıb.
19-cu dəqiqədə Harri Keyn fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
***20:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü start götürüb.
Adalet.az xəbər verir ki, Frankfurt şəhərindəki "Valdştadion"da başlayan C qrupunun oyununu portuqaliyalı beynəlxalq dərəcəli hakim Artur Diaş idarə edir.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.