Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun növbəti 3 oyunu keçiriləcək.
Senzor.az bildirir ki, günün ilk matçı E qrupunda Slovakiya və Ukrayna komandaları arasında oynanılacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
D qrupun ilk görüşündə Polşa ilə Avstriya yığmaları üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.
Günə D qrupunun Niderland-Fransa oyunu ilə yekun vurulacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatı iyulun 14-də başa çatacaq.