EN

KİTAB OXUMAĞIN 11 FAYDASI

Kitab mütaliə etməyin bir çox faydaları vardır:


1) İnsanı – vəsvəsə, üzüntü və gərəksiz qayğılardan uzaqlaşdırır.


2) Batil və haram işlərlə məşğul olmaqdan çəkindirir.


3) Tənbəl və faydasız insanlardan uzaqlaşdırır.


4) Nitqin açılmasını, təsirli və açıq danışıq qabiliyyətinin inkişaf etməsini təmin edir.


5) Əqlin inkişafını, zehnin açılmasını və qəlbin təmizlənməsini təmin edir. 


6) Savadın və incə anlayışın artmasını təmin edir.


 


7) Müdrik insanların hikmətli sözlərindən, təcrübələrindən faydalanmağa imkan yaradır.


 


8) Bir çox xalqların mədəniyyətini araşdırmağa fürsət yaradır.


 


9) Xüsusilə İslami kitabların mütaliə edilməsilə imanı (inancı) qüvvətləndirir, pis əməllərdən çəkindirir və yaxşı əməlləri etməyə ən gözəl şəkildə təşviq edir.


 


10) Mütaliə etmək zehni, dağınıqlıqlardan qurtararaq qəlbi rahatlaşdırar və vaxtın boş yerə israf olunmasına mane olur.


 


11) Kəlmələrdə olan məqsədlərin və hikmətli sözlərdə olan sirlərin anlaşılmasında insana təcrübə qazandırır.


 


Buna görə də, bizdən öncə yaşamış xeyirli və müdrik insanlar, kitab oxumağa təşviq edərdilər. Çünki yalnız mütaliə – insanı qeybət, sözgəzdirmək, insanların arasını vurmaq, faydasız işlərlə məşğul olmaq, haramlardan zövq almaq kimi pis şeylərdən çəkindirə bilər. Böyük alim Həsən əl-Lului belə demişdir: “40 il boyunca sinəmdə kitab olmadan nə bir gecə, nə bir gündüz yuxusuna getdim, nə də bir yerə söykəndim.”


 


Böyük mütəfəkkir Əli ibnu Cəhm (h.188-249) belə demişdir: “(Zamansız) yuxum gəldiyi zaman -ehtiyacdan artıq yuxu nə pis bir yuxudur- hikmətli bir mövzu haqqında kitab oxuyaram. Öyrənmiş olduğum yeni bir şeyə görə qəlbimdə meydana gələn sevinc və xoşbəxtlik, bir dağıntının çıxardığı səsdən daha şiddətli bir yuxu dağıdıcıdır.”


 


Həmçinin demişdir: “Bir kitabı bəyənib, faydalı və orijinal olduğunu hiss etdikdə, məni bir görsən.. Kitabın qurtarmasından qorxaraq, ‘görəsən neçə səhifə qaldı’ – deyə bəzən baxıram.. Əgər kitab böyük, səhifələri də çoxdursa, böyük bir xoşbəxtlik və sevinc içində olaram..”


 

Chosen
86
kanal.az

1Sources