EN

Gəncədə gənc oğlan xalası qızını ərindən boşatdırdı, lüt fotolarını... – ŞOK TƏFƏRRÜAT

Gəncə şəhərində 1988-ci il təvəllüdlü Ədil xalası qızı Şəfanı (adlar şərti verilib – red.) lüt şəkilləri ilə şantaj edib.
Ədil istifadəsində olan “Samsung” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə xalası qızı Şəfanın çoxsaylı təkid və şantajlarına görə göndərdiyi yarıçılpaq vəziyyətdə fotoşəkilini özünə məxsus mobil telefonunun yaddaşına köçürüb.
3 noyabr 2022-ci ildə Şəfanın yaşadığı evdə telefonun yaddaşında saxladığı fotoşəkili ona göstərib. Bu barədə yaxın qohumlarına və qəsəbə sakinlərinə xəbər verəcəyini bildirib, yarıçılpaq fotoşəkili nümayiş etdirərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə onu hədələyib.
Bu şantajla Şəfadan 4000 manat və qızıl-zinət əşyası tələb edib.
Bundan başqa, Ədil Şəfanın onunla yaxın münasibət qurmaq təklifindən imtina etməsindən hiddətlənib. Həmin ilin noyabrın 26-da saat 22 radələrində o, xalası Südabənin yaşadığı evə hasardan aşmaqla daxil olub. Üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən çapacağın küt hissəsi ilə xalasına bədən xəsarətləri yetirib. Həmçinin Südabənin əri Tahirə də yügül xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Ədilin barəsində Cinayət Məcəlləsinin 157.2 (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə), 182.1 (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
“Xalam qızını şantaj etməmişəm”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ədil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş şəxslər – Südabə xalası, Tahir xalasının əri, Şəfa isə xalası qızıdır. Onun ifadəsinə görə, həmin zərərçəkmiş şəxslər ondan 2022-ci ilin martında şikayət ediblər: “Mənim Tahiri öldürmək fikrim olmayıb. Belə bir niyyətim olsaydı, bu hərəkəti mal bazarında edərdim. Həmçinin xalam qızı Şəfanı şantaj etməmişəm. Onunla aramızda olan yazışma və fotoşəkilləri məcburən ortaya çıxarmışam. Bunu mənə xalamın əri Tahir məcbur edib. Hadisə ilə əlaqədarbildirirəm ki, bir neçə il əvvəl xalam qızı Şəfa məni istəməsi ilə bağlı qısa video göndərdi.
Lakin mən Şəfanı sevmədim. Mən Aydan adlı qızı sevmişəm. O ərəfədə Aydangilə xalam Südabə ilə anam elçi gedib”.
“Şəklimi ərimə niyə göndərmisən?..”ilə birlikdə yaşayır, təqsirləndirilən Ədil onun xalası oğludur: “2019-cu ildə əmim oğlu Yavərlə rəsmən ailə həyatı qurdum. Həmin nikahdan bir qızımız oldu, xəstəliyi səbəbilə evdə ona baxırdım. Bir müddət sonra ərimlə aramızda soyuqluq yarandı. O ərəfədə xalam oğlu Ədil bacısından mobil telefon nömrəmi aldı və mənə yazmağa başladı.
İlk vaxtlar Ədil mənə xalaoğlu kimi yazsa da, sonradan mesajda “ərindən boşan, səni alım, mən səni istəyirəm” deyə qeyd etdi. Mən özüm Ədilə sevgili gözü ilə baxmamışam, qardaş kimi münasibət bəsləmişəm.
Bir dəfə mərhum xalamın il mərasimi zamanı qohum kimi hamımız bir yerə yığışdıq. Yas yerində Ədil məni otaqlardan birinə çəkdi və dedi ki, mənə 4000 manat pul lazımdır. Ondan bu qədər pula nə edəcəyini soruşdum. “Kişiliyimdə problem var, onu müalicə etdirmək istəyirəm, xəstəxana ilə danışmışam” dedi. Mən pulum olmadığını söylədim”.
“Cinsi əlaqədə olmağı təklif etməyə başladı”kənara atdıq. Qaçmasın deyə əl damındakı ipi götürərək onun ayaqlarına doladıq.
Bizim Ədilin ayağını iplə doladığımızı görən atam dərhal onun qollarından tutdu ki, polis gələnə kimi ayağını açıb qaça bilməsin. Ədil atamın barmağını dişlədi, əlini ataraq dəhrəni yerdən götürüb atamın barmağına vurdu, ona xəsarət yetirdi. Həmin vaxt polis əməkdaşları həyətimizə gəldi, Ədili polis şöbəsinə apardılar”.
Şəfa qeyd edib ki, anasının baş nahiyəsindən qan gəldiyini görən Tahir avtomobili ilə onu Gəncədəki 3 saylı xəstəxanasına aparıb.
“Şər atıb”Zərərçəkmiş əlavə edib ki, Ədilin şər-böhtan atması birinci dəfə deyil: “O, bacısının da kənddə guya bir neçə nəfərlə cinsi əlaqədə olması barədə şər-böhtan yaymışdı. Onun öz ailəsində şəxsi münasibətlər zəminində problemləri vardı. Ədil anama və qardaşıma da xəsarətlər yetirmişdi. Qardaşıma zəng edərək bu işdə ölüm olacağını bildirmişdi.
Əvvəllər mənmlə və digər ailə üzvlərimlə telefon danışıqları zamanı onunla ailə qurmayacağım təqdirdə bizi öldürəcəyi ilə hədələmişdi.
Sonuncu hadisədən təxminən bir-iki saat əvvəl Ədil anasına zəng vuraraq bildirib ki, gedirəm Şəfagilin ailəsində hər kəsi öldürməyə, sonra Şəfanı da özümlə aparacam. Ədilin anası da buna görə anama zəng vurub bizi xəbərdar eləmişdi”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ədil 4 il azadlıqdan məhrum edilib.

 (Teleqraf.com)

Chosen
112
9
kanal.az

9Sources