EN

40 gün üzünüzə zeytun yağı çəksəniz...

Zeytun yağının faydalarını saymaqla bitirmək mümkün deyil.


Axar.az Medicina.az-a istinadən xəbər verir ki, min illərdir sağlamlıq və gözəllik üçün istifadə edilən bu yağ həm üz, həm də bədən dərisi üçün əvəzedilməzdir.


Zeytun yağı ilə hüceyrələrinizi yeniləyib yumşaq dəri əldə etmək mümkündür. Ekspertlər bildirirlər ki, 40 gün ərzində dəriyə zeytun yağı çəkərək mükəmməl nəticəyə çatmaq olar. Antioksidantlar, vitaminlər və minerallarla zəngin olan zeytun yağı zamanla qırışların görünüşünü azaldır.


Zeytun yağı orqanizmin əksər orqanlarını və dərini yeniləyir, təravətləndirir.


40 gecə yatmazdan əvvəl üzünüzə çəkdiyiniz zeytun yağı dərinizi yeniləyəcək, nəmlənmiş dəri ilə oyanmağınıza imkan verəcək. Beləliklə, gecə maskalarına ehtiyac qalmayacaq.


Zeytun yağının dəriyə digər faydaları:


- Günəşin zərərli ultrabənövşəyi şüalarının 20%-ni bloklayır.


- Tərkibindəki skualen adlanan maddə dərini qoruyur.


- Sızanaqlara qarşı istifadə üçün uyğundur və dərini günəş ləkələrindən təmizləyir.


- Dərinin qurumasının qarşısını alır və ölü hüceyrələri təmizləyir.


- Xalq arasında "maye qızıl" olaraq adlandırılan zeytun yağı E və C vitaminləri ilə çox zəngindir.


- Nəmləndirici xüsusiyyətlərinə görə qırışları azaldır.


Qeyd edək ki, zeytun yağı quru və normal dəri üçün uyğundur. Yağlı və qarışıq dəri tiplərində olanların belə yağlardan istifadəsi tövsiyə olunmur.

Chosen
163
50
kanal.az

10Sources