"Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionu təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşacaq.
Bu mərhələnin matçları 15-22 sentyabr tarixlərində keçiriləcək. Bakı klubu bu mərhələni adlasa, müntəzəm mövsümdə çıxış edəcək.
Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.