EN

Balqabaq tumunun faydaları

1- Xəstəliklərə qarşı mübarizə aparan antioksidantlar baxımından zəngindir.


balqabaq tumununtǝrkibindǝhüceyrələrimizi xəstəliklərə səbəb olan zədələrdən qoruyan və bədənimizdəki iltihabı azaldan bir çox antioksidant var. İltihab əleyhinə önəmli xüsusiyyətlərə malik olan balqabaq tumu, qaraciyər, sidik kisəsi, bağırsaq və oynaqların sağlamlığı üçün istehlakı məsləhət olunan qidalar arasında iştirak edir.


2- İmmun sistemini gücləndirir


Balqabaq tumları tərkibindəki E vitamini və sink sayəsində immunitet sistemimiz üçün faydalıdır. Sink bədənimizi iltihabdan, allergiyadan və mikroblardan qoruyaraq infeksiyaların qarşısını alır və ümumi immuniteti artırır.


3-Çəkini nəzarətdə saxlayır


Tərkibində sink, kalsium, zülal və lif olan balqabaq tumlarınıntǝrkibindǝki proteinmiqdarıdigər bitkilərləmüqayisǝdǝ dahaçoxdur.Bu datoxluqhissiverdiyiüçün idarəli şəkildə, yǝni gündǝ birovuç istehlak edilirsǝ arıqlamağa kömək edǝr. Tərkibindəki liflər isǝbağırsaqlardakı toksinləri təmizlər və yağın orqanizm tərəfindən udulmasına mane olur. Buxüsusiyyǝtlǝrinǝ görǝ az kalorili pəhriz saxlayanların çərəz olaraq balqabaq tumuna üstünlük vermələri məsləhətdir.


4- Ürək sağlamlığını yaxşılaşdırır


Maqnezium, kalium və sağlam yağ turşuları baxımından zəngin olan balqabaq tumunun və xüsusilə də yağının ürək sağlamlığını yaxşılaşdırdığı və Koronar arteriya xəstəliyi riskini azaltmağa kömək etdiyi sübut edilib. Yağı, yetkinlərdə HDL xolesterinin səviyyəsini artırır, qan təzyiqini aşağısalar. Qan damarlarını genişləndirǝrǝk qan axınını artırır.


5- Qan şəkərini balanslaşdırır


Balqabaq tumunun ən əhəmiyyətli faydalarından biri qan şəkərini tənzimləməsidir. Tərkibindəki maqnezium qan şəkərinin səviyyəsini tənzimləyərək diabet riskini azaldır.


6- Yuxu keyfiyyətini tənzimləyir


Yatmazdan əvvəl bir ovuç balqabaq tumu yemək yuxu keyfiyyətinin artmasına kömək edər. Bunun səbəbi isə tərkibindəki triptofandır.


7- Prostat və sidik kisəsinin sağlamlığını yaxşılaşdırır


Balqabaq tumu tərkibindəki antioksidantlara, yağ turşularına və sinkə görə, xüsusilə kişilərdə prostat sağlamlığını yaxşılaşdırır.


Prostat vəzinin xoşxassəli böyüməsindən əziyyət çəkən kişilərdə simptomları azaltdığı və həyat keyfiyyətini artırdığı bilinir.


7-Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır


Balqabaq tumu antioksidant baxımından zəngin olduğu üçün xərçəngin qarşısını alır və xərçəng hüceyrələrinin inkişafına, o cümlǝdǝn yayılmasına qarşı mübarizə edǝr. Bu xüsusiyyətləri səbəbindən döş xərçənginin qarşısının alınmasında və müalicəsində təsirli ola biləcəyinə dair elmi araşdırmalar aparılır.


8-Qidalanma


Balqabaq tumu yaraların sağalmasında əhəmiyyətli rol oynayan manqan və K vitamini başda olmaqla immunitet sisteminin bakteriya və viruslara qarşı mübarizə aparmasına kömək edən sink baxımından da zəngindir.


9- Polikistik yumurtalıq sindromu üçün faydalıdır


Bəzi araşdırmalar, balqabaq tumunun hormonal tarazlığı bərpa edərək, polikistik yumurtalıq sindromunu yaxşılaşdırdığını ortaya qoyub. Balqabaq tumu eyni vaxtda saç tökülməsinin qarşısını alır və osteoporoz ehtimalını azaldır. Qadınlarda xolesterinin aşağı düşməsinə kömək edir.


10- Sidik kisəsinin funksiyasını yaxşılaşdırır


Həddindən artıq aktiv sidik kisəsinin simptomlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır və sidik disfunksiyasının azalmasına kömək edir.

Chosen
51
kanal.az

1Sources