EN

İyulda xəyanətə uğrayacaq üç bürc

Astroloqlara görə, iyul ayında bəzi bürclər ətrafındakı insanlarla münasibətlərdə problem yaşaya, xəyanətə uğraya və aldadıla bilərlər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, həmin bürclər bunlardır:

Xərçəng - bu bürc altında doğulan insanlar iyul ayında eşq həyatında problemlərlə üzləşə bilərlər. Xəyanətə uğrayacağınız halda, emoisonal gərginlikdən yaxa qurtarmaq çətin olacaq. Lakin narahat olmağa dəyməz, yaşananlar eşq həyatınız üçün "ölümcül" olmayacaq.

Şir - qarşıdakı ay ətrafınızdakı insanlara bir o qədər də güvənməyin. Biznes və işlə bağlı məsələlərdə sizə xəyanət edilə bilər. Nəticədə pul itkisi yaşana və ya bəzi insanlarla ünsiyyətiniz kəsilə bilər.

Əqrəb - iyul ayında ailə və dostlarınızdan lazımi diqqəti görməyə bilərsiniz. Üzə çıxacaq olan yalanlar sizi qısamüddətli depressiyaya sala bilər. Ətrafınızdakıların sizə söylədiyi yalanları xəyanət kimi qəbul edib-etməyəcəyiniz sizdən asılıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
172
8
milli.az

9Sources