EN

Günün ULDUZ FALI: bu adam sizdən sui-istifadə etmək istəyir

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - bir sıra işləri kənardan yardım almadan həll etmək olar. Kiçik problemlərin çözümü, rutin məqamların həlli üçün əlverişli zamandır. İtkilərə yol verməyin. Mənasız risklərə, avantüralara aldanmayın.

Günün ikinci yarısında maliyyə məsələlərinin həllini başqalarına həvalə etməyin. Nikbin olun. Pis əhval sağlamlığınızda problemlər yarada bilər.

Yaxınlarınızla münasibətlərdə incikliyə yol verməyin. Onların nə istədiklərini anlayandan sonra hansısa qərar verin. İllüziyalara qapılmayın. Düşünmədən addım atmayın.

Buğa - şübhələndiyiniz məsələlərin həllinə başlamayın. Bələd olmadığınız situasiyada çaşqın davranmayın. Yadların yanında təcrübəsiz insan təsiri bağışlamayın. Qüvvənizə və biliklərinizə güvənin.

Eksperimentlər, risk üçün uğurlu gündür.

Günün ikinci yarısında sizi avantüraya cəlb etmək istəyən insanlara aldanmayın. Yalanlar həmişə şirin kəlmələrə bürünür. Adi, rutin işlərdə praktiki davranış nümayiş etdirin.

Axşam saatlarını dəyər verdiyiniz insana həsr edin. Birgə arzuları reallaşdırmaq üçün əlverişli zamandır.

Əkizlər - çalışdığınız komandada effektiv fəaliyyətə can atın. Şəriklər və tərəfdaşlarla qarşılıqlı anlaşma səviyyəsini mütləq şəkildə yüksəldin. Önəmli görüşə gecikməyin.

Günün ikinci yarısında anlaşma və sazişlərin müzakirəsində mövqelərinizi açıq bildirin. Təfərrüatlarını bilmədiyiniz məsələlərin həllinə bələd insanların məsləhətlərinə qulaq asın.

Sevdiyiniz insanı axşam saatlarında təəccübləndirməyə çalışın. Hədiyyə verin.

Xərçəng - yaşamın müəyyən təfərrüatlarına diqqət yetirin. Narahatlıq, uğursuz şərtlər istisna deyil. İşgüzar aktivliyiniz ifrata varmamalıdır. Bir müddət fasilə edin. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər zamanıdır.

Günün ikinci yarısında situasiyanı təhlil edin. Mübahisələr, durumun aydınlaşdırılması üçün müzakirələr vaxtınızı alacaq. Ailə üzvləriniz sözlərinizi yanlış anlaya bilərlər.

Axşam saatlarında gəzintiyə çıxın.

Şir - günün ilk yarısı intensiv fəaliyyət üçün əlverişlidir. Potensial və qüvvənizi dürüst qiymətləndirin. İllüziyalara qapılmayın. Qəflətən, nəzərdə tutulmamış şəkildə baş verən hadisələrin ardıcıllığı sizi qorxutmasın.

Günün ikinci yarısında ifrat mühafizəkarlığa varmayın. Başqasının dediklərindən, yad mövqedən asılı olmayın. Bütün bunlar gərəkli istiqamətdə hərəkətinizi ləngidəcək.

Axşam saatlarında stressdən qurtulmağa çalışın.

Qız - bol şanslar vəd edən gündür. İmkanlardan mütləq şəkildə yararlanın. Bir sıra hadisələr spontan yaşanacaq. Olayların gedişatından faydalanın.

Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli və iradəli olun. Kiçik problemlər sizi yolunuzdan sapdırmasın. Təkbaşına işləməkdənsə kollektiv fəaliyyəti seçin.

İstiqamət, yön və ya layihələri təhlil etmək olar.

Axşam saatları etiraf, romantik anlar üçün əlverişlidir.

Chosen
196
3
publika.az

10Sources