EN

"Yaxınlaşıb “filankəs sənin haqqında belə dedi, ya da ad çəkmədən arxanca bunları dedilər” deyənlərdən qaçın"

"Hər zaman sizə dedi-qodu xəbərləri çatdıran adamlar var - ən zəhləm gedən tiplər. Harada görsələr, yaxınlaşıb “filankəs sənin haqqında belə dedi, ya da ad çəkmədən arxanca bunları dedilər” deyənlərdən qaçın".

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri bildirib.

 

"Dünən tədbirlərin birində bir nəfər eynisini mənə deyirdi. Danışa-danışa qaldı, üzümü çevirib başqalarıyla danışdım ki, rədd olub getsin. Zəhəri içində qalsın. Guya sizi sevirmiş kimi özlərini göstərib, ancaq əhvalınızı pozmaq üçün danışırlar və çox təəcüblüdür ki, nə əcəbsə bütün qeybətlər bu adamların yanında danışılır. Mənim haqqımda arxamca kim nə p*x yeyirsə, gəlib mənə danışmayın. Vecimə deyil, həm də bu mənim özgüvənimi artırır. İnsanlar əgər öz qızıl vaxtlarını mən olmadığım yerdə məni düşünməyə, haqqımda danışmağa sərf edirlərsə, demək ki , mən düzgün yoldayam. Düşük kimi yanıma qaçıb mənə gic-gic xəbərlər çatdırmayın. Çox aciz görünürsüz - haqqımda danışanlar da, bu xəbəri çatdıranlar da..." - o bildirib.

Tarix: 1 İyul 2024, 14:51   
Chosen
145
28
pravda.az

10Sources