EN

FATF Rusiyanı qara siyahıya salmaqdan imtina etdi

FATF (Financial Action Task Force - Pulların yuyulmasına qarşı maliyyə fəaliyyət qrupu) iyunun 26-28-də keçirdiyi iclasda Ukraynanın Rusiya Federasiyasını yüksək riskli yurisdiksiyalar siyahısına – "qara” siyahıya daxil etmək çağırışına yenidən məhəl qoymayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna” məlumat yayıb.
 
FATF yalnız xatırladıb ki, Rusiyanın təşkilata üzvlüyü dayandırılmış olaraq qalır və bütün yurisdiksiyalar beynəlxalq maliyyə sistemini qorumaq üçün Rusiya Federasiyasına qarşı görülən tədbirlərdən yayınma ilə bağlı mövcud və yaranan risklərlə bağlı ayıq olmalıdırlar. 

İclasdan əvvəl Ukraynanın Maliyyə Nazirliyi və Dövlət Maliyyə Monitorinqi Xidməti FATF-i Rusiya KXDR ilə "hərtərəfli” tərəfdaşlığını rəsmiləşdirdikdən və həmçinin qlobal sanksiyalar altında olan və FATF tərəfindən qara siyahıya salınan İranla əməkdaşlığı gücləndirdikdən sonra onu qara siyahıya salmağa çağırıb. 

"Şimali Koreyadan neft müqabilində alınan ballistik raketlər və döyüş sursatları BMT-nin sanksiyaları və FATF prinsiplərinə zidd olaraq Ukraynanın dinc şəhərlərinə və dinc əhaliyə qarşı istifadə olunmağa davam edir”, - deyə Ukrayna Maliyyə Nazirliyi bildirib.

Ukrayna tərəfi əlavə edib ki, Kreml SWIFT sanksiyalarından yan keçmək üçün ödəniş sistemlərini birləşdirərək və İranda dövlət bankı VTB-nin filialını açmaqla beynəlxalq maliyyə sisteminə çıxış üçün Tehrana "arxa qapı” verib.

Nizami Bağırov
Chosen
208
50
qaynarinfo.az

10Sources