EN

Çempionlar Liqası: Azərbaycan çempionu püşkatmaya V səbətdən qoşulacaq

Futzal üzrə UEFA Çempionlar Liqasında iştirakçı klubların reytinq cədvəli və hansı mərhələdən yarışa qoşulacaqları açıqlanıb.



Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu turnirdə ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” hazırda 25-ci pillədə yer aldığından yeni mövsümə də ilkin mərhələdən start verəcək.
Naxçıvan təmsilçisi püşkatmaya V səbətdən qoşulacaq. Çempionatda 52 federasiyanı təmsil edən 56 klub yarışacaq.
İlkin mərhələdə UEFA-nın açıqladığı klubların reytinq cədvəlinin 24-55-ci pillələrində qərarlaşan 32 komanda iştirak edəcək. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcəklər və yalnız qrup qalibi olan komandalar (cəmi 8 klub) əsas mərhələyə vəsiqə qazanacaq və B yolunda mübarizə aparacaqlar. Oyunlar avqustun 20-25-i aralığında keçiriləcək. Hər qrupun oyunu bir ölkədə təşkil olunacaq. Artıq komandalar səbətlərə bölünüblər.
I səbət: ev sahibləri
Diamant Linz (Avstriya), qrupunun birincisi
Tirana (Albaniya), qrupunun ikincisi
Amiqo Nortvest (Bolqarıstan), qrupunun ikincisi
Hyörrinq (Danimarka), qrupunun ikincisi
Uddevalla (İsveç), qrupunun ikincisi
Klik (Kişinyov, Moldova), qrupunun üçüncüsü
Forca (Şimali Makedoniya), qrupunun üçüncüsü
Mançester (İngiltərə), qrupunun üçüncüsü
II səbət: qrupunun dördüncüsü (reytinq 48-55)
Ranger (Andorra)
Aberdin (Şotlandiya)
Cimru (Uels)
Sparta (Belfast, Şimali İrlandiya)
İstanbul Şişli (Türkiyə)
İsbyonin (Danimarka)
Europa (Cəbəllütarıq)
Makkabi (Netanya, İsrail)
III səbət: qrupunun üçüncüsü (reytinq 40-47)
Vellimdorf (Almaniya)
AEK (Yunanıstan)
Utleyra İdrettslaq (Norveç)
Sillamae Silla (Estoniya)
Fiorentina (San Marino)
IV səbət: qrupunun ikincisi (reytinq 32-39)
Yerevan (Ermənistan)
Georgians (Gürcüstan)
Blue Magiç Dublin (İrlandiya)
AEL (Limassol, Kipr)
V səbət: qrupunun birincisi (reytinq 24-31)
Kataniya (İtaliya)
"ARAZ-NAXÇIVAN" (AZƏRBAYCAN)
KMF Titoqrad (Monteneqro)
Şiroki Briyeq (Bosniya və Herseqovina)
Minerva (İsveçrə)
Akaa (Finlandiya)
Tiqers Roermond (Niderland)
Əsas mərhələ
24 komanda mübarizəyə əsas mərhələdən başlayacaq. İlkin mərhələdə öz qrupunun qalibi olan 8 klub da onlara qoşulacaq. Bu dəfə 32 komanda iki fərqli - A və B yolunda qruplara bölünəcəklər.
B yolu
Bu yolda reytinq cədvəlinin 12-15-ci və 20-23-cü pillələrində yer alan, eləcə də ilkin mərhələdə qrup qalibi olacaq 8 komanda yarışacaq. Ümumilikdə 16 komanda 4 qrupa bölünəcək. B yolundakı qruplardan ancaq ilk pillənin sahibi elit-raunda yüksələcək.
VI səbət: ev sahibləri
Etoile Lavalloise (Fransa), qrupunun birincisi
Luçenes (Slovakiya), qrupunun ikincisi
Bonjika (Serbiya), qrupunun ikincisi
4 meydan sahibi olacaq klubdan üçü məlumdur. Digər ev sahibi komanda iyulun 19-na qədər müəyyənləşəcək. UEFA püşkatma ilə seçim edəcək.
VII səbət: ilkin mərhələnin qalibləri
A qrupunun qalibi
B qrupunun qalibi
C qrupunun qalibi
D qrupunun qalibi
E qrupunun qalibi
F qrupunun qalibi
G qrupunun qalibi
H qrupunun qalibi
VIII səbət: qrupunun ikincisi (reytinq 20-23)
Stalitsa Minsk (Bolqarıstan)
Differdanj 03 (Lüksemburq)
IX səbət: qrupunun birincisi (12-15)
Riqa (Latviya)
Luksoil Andreus (Malta)
Kauno Jalgiris (Litva)
A yolu
Burada yarışın son qalibi, eləcə də reytinq cədvəlinin 1-11-ci və 16-19-cu pilləsində yer alan komandalar mübarizə aparacaqlar. 16 iştirakçı 4 qrupa səpələnəcək. B yolundakı qruplardan fərqli olaraq A yolunda hər qrupdan 3 komanda elit-raunda yüksələcək.
X səbət: ev sahibləri
Palma (İspaniya), qrupunun birincisi
Sportinq Anderlext (Belçika), qrupunun ikincisi
Kayrat (Qazaxıstan), qrupunun ikincisi
Priştina 01 (Kosovo), qrupunun dördüncüsü
XI səbət: qrupunun dördüncüsü (reytinq 16-19)
Record Bielsko-Biala (Polşa)
Semey (Qazaxıstan)
Yunayted Qalati (Rumıniya)
XII səbət: qrupunun üçüncüsü (reytinq 8-11)
Haladaş (Macarıstan)
Plzen (Çexiya)
Hit (Kiyev, Ukrayna)
Dinamo (Xorvatiya)
XIII səbət: qrupunun ikincisi (reytinq 4-7)
Olmissum (Xorvatiya)
Doboveç (Sloveniya)
XIV səbət: qrupunun birincisi (reytinq 1-3)
Sportinq (Portuqaliya)
Kartaxena Kosta Kalida (İspaniya)
Braqa (Portuqaliya)
Qeyd edək ki, iyulun 4-də UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 16:00-da (Mərkəzi Avropa vaxtı ilə 14:00-da) UEFA-nın Nyon şəhərindəki iqamətgahında başlayacaq.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Chosen
64
16
nuhcixan.az

10Sources