Bakıda məşhur uşaq bağçasının direktoru TUTULDU - FOTO/VİDEOBakıda məşhur uşaq bağçasının direktoru saxlanılıb. Knn.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı dələduzluq əməlində ittiham edilir.Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunur. Artıq xanım direktorun rəhbəri olduğu "Moon Kids" Uşaq Bağçası da fəaliyyətini dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdə hesabları silinib.Məsələ ilə bağlı sayt müvafiq dövlət qurumlarına da sorğu ünvanlayıb.Qeyd edək ki, Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb.