Manset.az xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıb - 2:1. Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç yekun hesabı müəyyənləşdirib.
Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.