EN

İtaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

İtaliyada

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycanı İtaliyanın Turin şəhərində keçiriləcək akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq yarışında təmsil edəcək gimnastlar məlum olub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə qarışıq cütlük Ağasif Rəhimovla Seyidli Raziyə, kişi cütlüyü Daniel Abbasovla Murad Rəfiyev, kişi qrupu Riad Səfərov, Abdulla Əl Məşayxi, Seymur Cəfərov, 13-19 yaş kateqoriyası üzrə qadın qrupunda isə Nəzrin Zeyniyeva, Anahita Başhiri və Zəhra Rəşidova iştirak edəcəklər.

Yarışda ölkəmizi hakimlər arasında Dürdanə Əhmədova təmsil edəcək.

Qeyd edək ki, turnir iyulun 5-7-də keçiriləcək.

Chosen
48
7
azertag.az

7Sources