Millimizin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Lodz təmsilçisinin saytı məlumat yayıb.
Müdafiəçi ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyi vurğulanıb.
Qeyd edək ki, Rahil Məmmədov 2024-cü ilin yanvarından LKS-də oynayırdı.