EN

Rahil Məmmədov Polşa klubundan ayrılıb

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.

Bu barədə Lodz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini vurğulayıb.

Qeyd edək ki, Rahil Məmmədov 2024-cü ilin əvvəlində "Qarabağ"dan bu komandaya keçmişdi.

Chosen
108
4
cbcsport.az

10Sources