EN

15 manata sevişdiyi qadını qalığını qaytarmadığı üçün alt paltarı ilə boğdu - BAKIDA ŞOK CİNAYƏT

2023-cü il avqustun 24-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gələn Səbuhi Hüseynov Aysu adlı (ad şərtidir) qadını öldürdüyünü bildirir.
Məlumat əsasında, dərhal hadisə baş verən Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 29, mənzil 3-ə əməliyyat qrupu yollanır. Mənzilə çatan əməliyyatçılar 1977-ci il təvəllüdlü Aysu Məmmədovanın (ad-soyad şərtidir) döşəmədə uzanıqlı vəziyyətdə meyitini aşkar edirlər. Meyitin yanında mobil telefon, divanda isə pul qabı aşkar tapılır. Faktla bağlı Suraxanı rayon prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır. Daha sonra isə həmin maddə 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsinə tövsif edilir.  Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Aysu Məməədovanın ölümünə - boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub. Lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edibİstintaqla müəyyən edilib ki, avqustun 24-ü saat 21 radələrində Səbuhi Hüseynov Hövsan qəsəbəsində kirayədə yaşayan tanışı Aysu Məmmədovanın evinə gedib. Bir gün əvvəl ona verdiyi 50 manat puldan 35 manatı geri qaytarmasını tələb etdikdə qadın ünvanına nalayiq ifadələr işlədərək, pulu qaytarmaqdan imtina edib. Bundan qəzəblənən Səbuhi Hüseynov qonaq otağında, çılpaq halda olan Aysuya əlləri və ayaqları ilə zərbələr endirib. Sonra qadının alt paltarını boynuna dolayıb, sıxaraq onu boğub. Bu hərəkəti ilə o zərərçəkmişi tamah məqsədi ilə qəsdən öldürüb.  Məhkəmə iclasında Səbuhi Hüseynov özünü verilmiş ittihamla təqsirli bilməyib. O qeyd edib ki, Aysu Məmmədova ilə təxminən 5-6 il əvvəl barda tanış olub. 2023-cü ilin yayında qadın hadisə baş verən ünvana köçüb. Həmin mənzildə dəfələrlə onunla cinsi əlaqədə olub. Qadın tək yaşayırmış, qızı isə Türkiyədə. Aysunun daim 15 manat müqabilində görüşdüyünü bildiyindən avqustun 23-də onunla yaşadığı məhəllədə görüşüb, ona 50 manat pul verib. Qadın «axşam gələndə onun 35 manat pulunu qaytaracağını» söyləsə də, o sərxoş olduğundan Aysunun yanına getməyib. Növbəti gün saat 21 radələrində həyətdə qadınla görüşüb, birlikdə evə daxil olublar. 35 manat pulunu istəyəndə, Aysu onun ünvanına nalayiq ifadə işlədib, pulu olmadığını deyib. O, kafeyə borcu olduğunu, heç olmasa 20 manat verməsini xahiş etsə də, qadın yenə pulu olmadığını bildirib və onunla söhbət edə-edə paltarlarını tam soyunub. Ünvanına işlədilən söyüşlərdən hiddətlənərək, Aysuya arxadan yaxınlaşıb və təxminə 2-3 dəqiqə ərzində onu boğub. Qadın əvvəl əl-qol atsa da, sonradan səsi kəsilib.  Daha sonra Səbuhi qadını olduğu kimi lüt vəziyyətdə, özünün yerə saldığı döşəyin üzərinə uzadıb. Həmin vaxt mərhumun telefonuna zəng gəlib. Telefonu qadının sinəsinin üstünə qoyub, zəng edənin kim olduğuna baxmadan, açarla qapını çöldən bağlayıb və həyətə düşüb. Bir qədər binanın qarşısında oturub. Oğluna zəng edib, adam öldürdüyünü deyib. Bundan sonra yaşadığı evə gedib, törətdiyi cinayəti ata-anasına danışıb. Oradan çıxıb, 30-cu şöbəyə yollanıb və növbətçiyə hadisə barədə məlumat verib. Səbuhi Hüseynov əlavə edib ki, hadisədən bir neçə ay əvvəl Aysuya borc olaraq 500 manat verib, amma buna baxmayaraq ondan pulunu tələb etməyib. Hadisə günü evinə getməsində məqsədi, axırıncı dəfə verdiyi 50 manatdan 35-ni geri almaq olub. Zərərçəkmiş şəxsin hüquqi varisi Şamil Cəfərov ifadəsində göstərib ki, bacısı Aysunun əri İlqar 2006-cı ildə vəfat edib. 5-10 gündən bir bacısı əlaqə saxlayıb, maraqlanıb, kirayədə yaşayıb, arabir ona maddi köməklik də edib. Avqustun 24-də axşam bacısının öldürüldüyünü eşidib. Mərhumun qardaşı qeyd edib ki, Aysunun qızıl əşyaları və evdə 3150 manat pulu olub. Məhz bunlara görə təqsirləndirilən şəxs onu qətlə yetirib. Bacısından heç vaxt Səbuhi adlı şəxslə ünsiyyətdə olmasını eşitməyib.   Şahid N.Hüseynova ifadəsində göstərib ki, Səbuhi ilə 2011-ci ildə ailə həyatı qurub, iki övladları var. Hövsan qəsəbəsində, O.Şabanov küçəsində, nömrəsiz fərdi evdə yaşayıblar. Avqustun 20-də atasına baş çəkmək üçü övladları ilə İmişli rayonuna gedib. Ayın 24-də yoldaşı oğluna zəng edərək, adam öldürdüyünü xəbər verib. O, Aysunu tanımadığını, ərinin hər hansı xanımla intim münasibətdə olmasından məlumatı olmadığını qeyd edib. Səbuhi Hüseynov əməlindən peşman olmasını, zərərçəkmişin ailəsindən üzr istəməsini və polis şöbəsinə könüllü getdiyini qeyd edib. Bir daha qadını tamah məqsədi ilə deyil, əsəbləşdiyindən öldürməsini əsas gətirərək, əməlinin CM-nin 120.1-ci maddəsinə tövsif edilməsini və ona yüngül cəza verilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ən ağır cəza verilməsini istəyib.  Məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və iş materiallarında, Səbuhi Hüseynovun əməlində tamah niyyətinin olmasını, maddi mənfəət və ya zərərçəkmişə məxsus hər hansı əmlakın əldə etməsini təsdiq edən sübut aşkar olunmayıb. Məhkəmə qənaətə gəlib ki, Səbuhi Hüseynovun əməli CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Chosen
92
3
buta.tv

4Sources